Shape Shape

İtaliyada Təhsil

Shape
Shape
Shape Shape

İtaliyada Təhsil

Günəşli İtaliyada təhsil çox insanın arzusudur. Bu arzunu həyata keçirməyə isə müxtəlif maddi dəstək proqramları kömək edəcək. Xarici tələbələrə bu köməyi regional təşkilatlar, universitetlər və hətta özəl şirkətlər edir.

 

Bolonya Universitetində təhsil qrantları

Bolonya Universiteti, Avropanın ən qədim universitetlərindən  biridir və xarici tələbələrə bakalavriat, magistratura və fasiləsiz təhsil sikli proqramları üzrə təqaüdlər təklif edir.

Təqaüdlər 2 növdədir:

  • təhsil haqqında 11 000 AVRO dəyərində endirim;
  • təhsil haqqından tamamilə azad olunmaq.

Deadline: adətən martın və ya aprelin sonu.

Təqaüdlər bakalavr dərəcəsi üçün SAT test nəticəsi, magistratura dərəcəsi üçün GRE test nəticəsinə görə seçilir və təyin olunur. Təqaüdə müraciət vaxtı yaşınız 30-dan yuxarı olmamalıdır.

 

Bokkoni Universitetində təhsil qrantları.

Milan Bokkoni Universiteti ali təhsilin bütün ölkələrdən olan tələbələr əlçatan olması ideyasını dəstəkləyən universitetlərdən biridir. İstedadlı xarici tələbələrə bütün illik təhsil haqqını ödəyən Merit Award qrantı təyin olunur.

  • 12 000 AVRO
  • 14 000 AVRO

Məhdud sayda tələbəyə isə Bokkoni yataqxanalarından birində yaşamaq imkanı veriləcək. İlk il imtahanlardan uğurla keçən tələbələrin maliyyə dəstəyi avtomatik bir il müddətinə yenidən uzadılır. Universitet əlavə olaraq digər maliyyə köməkliyi də göstərir.

 

 

ER.GO təşkilatından təqaüdlər.

ER.GO Emiliya-Romagna regionunda ali təhsili hər kəs üçün əlçatan etməyi qarşısına məqsəd qoyan ictimai təşkilatdır. ER.GO xidmətlərindən regionun universitet, incəsənət və musiqi institutunda təhsil alan tələbələr istifadə edə bilərlər.

Birinci kurs tələbələri yalnız maddi vəziyyətlərinə görə təqaüd ala bilərlər. Növbəti il təqaüd yalnız akademik uğura görə uzadıla bilər.

Təqaüd proqramının şərtləri haqqında məlumat hər il iyul ayında yenilənir.

 

EDISU Pyemont regional təqaüdləri

Digər oxşar regional təşkilat EDİSU-dur. O, artıq Pyemont inzibati bölgəsinin (İtaliyanın Şimal-Qərbi) universitetlərinə daxil olmuş tələbələri dəstəkləyir. Bakalavriat, magistratura və doktorantura  proqramlarında əyani təhsil alan xarici tələbələr təqaüd və qrantlar üçün müraciət edə bilərlər.

Maliyyələşdirmə qərarı tələbənin maddi vəziyyəti və akademik nailiyyətləri əsasında qəbul edilir. Bundan əlavə, yaşayış haqqının ödənilməsində yardım göstərilə bilər.

Müraciət dedlaynı: təqaüdün növündən asılıdır.

 

İtaliya hökümət təqaüdləri

Hər il italyan dilini və mədəniyyətini dünyada təbliğ etmək üçün İtaliya Təhsil Nazirliyi müxtəlif təhsil səviyyələrində tələbələr üçün təqaüd ayırır. Onlar əsasən dilçilik, ədəbiyyat, təbiət elmləri və təsviri incəsənət kimi sahələr üzrə tələbələr üçün nəzərdə tutulub.

Təqaüd qazanmaq şərtləri hər il dəyişir. Məsələn, 2021-2022-ci il üçün yalnız 2020-2021 tədris ilində təhsilə başlamış şəxslər müraciət edə bilər.

 

Turin Politexnik Universitetinin təqaüdləri

Turin Politexnik Universiteti Avropanın ən yaxşı mühəndislik kolleclərindən biridir. Təhsil müssisəsi memarlıq və mühəndislik fakültələrinin magistr tələbələri üçün nəzərdə tutulmuş bir neçə təqaüd layihəsini dəstəkləyir. Onlardan biri  universitetdə əsas proqram üzrə oxumaqla paralel olaraq ASP məktəbində təhsil alır. ASP School universitetin bazasında fəaliyyət göstərir və istedadlı tələbələrə əlavə yüksək ixtisaslaşdırılmış kurslar təklif edir.

Dərslər ingilis dilində keçirilir və gələcəkdə məşğulluq üçün daha çox perpektivlər açır. Məktəbdə dərslərə qoşulmaq yalnız Politexnik Universitetinin tələbələri üçün mümkündür. ASP-də qeydiyyatdan keçmək üçün tələbənin akademik göstəriciləri önəm daşıyır.

 

İtaliyada  ITALIA HELLO Beynəlxalq təqaüdü

İtaliyada pulsuz yaşayış və qəbul olduğumuz tədris ilində Italia Hello Təqaüdü almaq şansı.

Kimlər üçün: İtaliya universitetlərində bakalavr və magistr səviyyəsində təhsil almaq istəyən xarici tələbələr üçün. Akademik göstəriciləri yüksək olan tələbələrə yaşayış üavinəti və təhsil haqqını ödəmək üçün pul mükafatı veriləcək.

Tələblər:

  • hər hansı bir italyan universitetinə müraciət etmək;
  • viza, doldurulmuş ərizə forması, diplom və ya akademik transkript əlavə etmək;
  • İngilis dili biliyini təsdiq edən sertfikat (İELTS, TOEFL və ya ekvivalent)
  • Təqaüdün məbləği: yaşayış və təhsil haqqının ödənilməsi.

Deadline: qeyri-məhdud.

 

Padna Universiteti təqaüdləri

Nə: 2023/2024 tədris ili üçün Padna Beynəlxalq Mükəmməllik Təqaüd proqramı.

Kimin üçün: Padna Universitetinin istedadlı xarici bakalavr və ya magistr tələbələri. ( dərs proqramı ingilis dilinndə tədris olunmalıdır)

Təqaüdün məbləği:  İllik təhsil haqqından azad olmaq + illik  8 000 AVRO təqaüd (təqaüd 2 hissədə hər biri 4 000 AVRO  olmaqla ödənilir.)

Ərizəçilər aşağıda ki hallarda seçim hüququna malikdirlər:

1. onların İtaliya vətəndaşlığı yoxdur;

2. xarici orta təhsil müəssisəsindən məzundurlar ( bakalavr səviyyəsi üçün) və xarici ali təhsil müəssisəsindən məzundurlar ( magistr səviyyəsi üçün);

3. İtaliyada yaşamır;

4. Təqaüdçü cari təhsil ilinin öncədən müəyyən olunan tarixə qədər 20 AKTS  almazsa, universitet təqaüdü geri çəkməli olacaq.

 

 

Milan universitetinin Beynəlxalq İqtisadiyyat fakültəsinin təqaüdləri

Kimin üçün: Milan universitetinin Beynəlxalq iqtisadiyyat fakültəsində təhsil almaq istəyən xarici tələbələr və müvafiq sahə üzrə bakalavr təhsili olanlar üçün.

 

Tələblər:

  • Beynəlxalq iqtisadiyyat sahəsi üzrə bakalavr diplomu;
  • İngilis dili biliyini təsdiqi ( İELTS, TOEFL, TOEİC və başqa)

Təqaüdün miqdarı: Magistratura 2 il müddətində illik təhsil haqqının bütünlüklə ödənilməsi.

Deadline: rəsmi səhifəsində açıqlanır.

 

Sizi maraqlandıran suallarla bağlı bizə müraciət edin!

[email protected]

+99450 228 21 85

+99412 594 77 98