Shape Shape

Türkiyə

Shape
Shape
Shape Shape

Türkiyə

MAX GROUP EDU CENTER 2015-ci ildən etibarən təhsil sferasında öz etibarlılığı və xidmət keyfiyyəti ilə seçilən bir təhsil mərkəzidir. Bizi seçən yüzlərlə insan öz xaricdə təhsil arzularını bizə həvalə etdi və biz də onların etimadını doğrultduq. İstər Türkiyə, istərsə də digər xarici ölkələrdə təhsilini davam etdirən və ya məzun olub öz uğurlu karyerasını quran hər bir tələbəmizin uğuru bizi daha da motivasiya edir! 

Türkiyənin dövlət və özəl universitetlərinə qəbul olmaq, Türkiyə burslarına müraciət etməkdə sizə kömək edirik. Peşəkar xaricdə təhsil mütəxəssislərimiz sizin seçiminiz, tələbləriniz, yaşınız və büdcənizə uyğun şəhər, universitet, ixtisas, yataqxana və ya ev seçməkdə dəstək olur və sizi düzgün yönləndirirlər. Bunun üçün ödənişsiz konsultasiyamıza qoşulmağınız kifayətdir. Konsultasiyada mütəxəssisimizə sizi maraqlandıran sualları yönləndirə və ətraflı məlumat əldə edə bilərsiniz. 

Bakalavr pilləsi üzrə qəbul sadəcə Attestatla, həm də DİM, YÖS, SAT və digər imtahan nəticələri ilə mümkündür.

Magistratura pilləsi üzrə qəbul sadəcə Diplom (yoxdursa universitetdən arayış), həm də ALES, GRE, GRA və digər imtahan nəticələri ilə mümkündür.

Doktorantura pilləsi üzrə qəbul da mümkündür.

Qəbul prosesi yekunlaşdıqdan sonra, gedəcəyiniz şəhərdə qarşılanma, yataqxana və ya kirayə evin tapılması, yaşam icazəsi və sığorta kimi prosedurlarda da köməklik göstəririk.

Universitet və ixtisas seçimi, qəbul qaydaları və ümumi şərtlər haqqında məlumat almaq üçün ELƏ İNDİ BİZİMLƏ ƏLAQƏ SAXLAYIN.

 

Max Group Edu Center

[email protected]

+994 50 228 21 85

+994 12 465 57 70