Shape Shape

IELTS / Pre-IELTS

Shape
Shape
Shape Shape

IELTS / Pre-IELTS

IELTS nədir?

Xaircdə təhsil almaq üçün iki beynəlxalq İngilis dili imtahanından birini vermək tələb olunur: TOEFL və IELTS. IELTS (International English Language Testing System)  İngilis dili səviyyəsini qiymətləndirmək üçün tərtib olunub. Təxminən dünyada 2 mindən çox universitet və kollec bu imtahan nəticəsini qəbul edir. Bu imtahanı daha çox Avropada təhsil almaq istəyən tələbələr verirlər.  İmtahan iki variantdan ibarətdir:

- Akademik  test

- Ümumi test

Siz qeydiyyatdan keçəndə sizə bu iki variantdan birini seçmək imkanı verilir. IELTS imtahanı təqribən dünyanın 121 ölkəsində təşkil olunur. Bu imtahan həm kağız üzərində, həm də kompüter vasitəsilə keçirilir. IELTS imtahanını Azərbaycanda və digər ölkələrdə verə bilərsiniz. Bakıda imtahana ən azı 6 həftə öncədən qeydiyyat etmək lazımdır. Əks halda, 20 manat əlavə cərimə olacaqdır. Müxtəlif ölkələrə görə qiymətlərdə dəyişiklik ola bilər. İmtahanın istifadə qüvvəsi iki ildir. İki il ərzində siz əldə etdiyiniz nəticəniz etibarlı hesab olunur.

IELTS imtahanında Oxuma (Reading), Dinləmə (Listening), Danışıq (Speaking), Yazı (Writing) bilikləri sınağa çəkilir. İmtahan verən şəxs danışıq imtahanını üzbəüz verir. Danışıq imtahanını  ESOL – dan  (English for speakers of other languages) qeydiyyatdan keçən müəllimlər tərəfindən aparılır.

Necə hazırlaşmaq olar?

Bu imtahana hazırlaşmaq üçün İntermediate (B2) səviyyəsində İngilis dili biliyiniz olması vacibdir. Əgər ingilis dili biliyiniz zəifdirsə siz 8 ildir fəaliyyət göstərən Max Group Edu Center-in təcrübəli müəllimləri ilə əvvəlcə ümumi ingilis dili biliyinizi inkişaf etdirib və daha sonra IELTS proqramı üzrə hazırlaşaraq imtahana tam hazır olursunuz. 

Max Group Edu Center imtahanda yüksək nəticə toplamağınıza zəmanət verir!

 

Max Group Edu Center

[email protected]

+994 12 465 57 70

+994 51 633 51 61

+994 40 475 15 44