Shape Shape

TYS / TÖMER kursu

Shape
Shape
Shape Shape

TYS / TÖMER kursu

TÖMER yəni, TYS – bir Türkçe yeterlilik imtahanıdır. Türkiyədə təhsil almaq istəyən hər kəs bu imtahanda iştirak etməlidir. TYS – imtahanı verməyən tələbələr Türkiyədə türk dili bilik səviyyələrindən asılı olaraq 6 ay və ya 1 il artıq təhsil alır. Bu müddət TÖMER hazırlığı adlanır.

Türkiyədə 95% universitetlərin keçirdiyi Türkçe Yeterlilik Sınavı digər Türkiyə universitetləri tərəfindən qəbul edilir.

Max Group Edu Center rəsmi TYS / TÖMER mərkəzidir və ilin 12 ayı bu imtahanda iştirak edə bilərsiniz. İmtahanda iştirak etmək üçün bizə müraciət etməyiniz kifayətdir.

İştirakçıların oxu/anlama/qrammatika, yazı, dinləmə və danışıq bacarıqlarının, vərdişlərinin ölçüldüyü və müəyyən edildiyi imtahandır.

Türkcə Yetərlilik İmtahanı (TYS) 100 bal üzərindən qiymətləndirilir. Yuxarıda qeyd olunan hər bölmə 25 baldır. İmtahanda iştirak edəcək namizədlərin oxu/anlama/qrammatika, yazı, dinləmə və danışıq bacarıqları üzrə ən azı 50% (12,5 bal) uğur qazanması nəzərdə tutulur. İmtahanın sonunda ən azı 70 bal toplayan tələbə/şəxs müvəffəqiyyətli sayılır və C1 səviyyəli Türk Dili Yetərlilik Sertifikatı alma hüququ qazanır.

Türkcə Yetərlilik İmtahanında kimlər iştirak edə bilər

  1. Türk dilini xarici dil kimi öyrənənlər;
  2. Türkiyədəki universitetlərə müraciət və qəbul üçün türk dili biliklərini təsdiqləməsi lazım olan tələbələr;
  3. Xaricdə müxtəlif qurumlarda türk dili dərsi vermək istəyən müəllim namizədləri;
  4. Türk dili biliklərini təsdiqləmək istəyən tərcüməçilər;
  5. Attestatla bakalavr təhsili almaq istəyənlərə;
  6. YÖS-lə bakalavr təhsili almaq istəyənlərə;
  7. Magistr təhsili almaq istəyənlərə;
  8. Türkiyədə dövlət qurumlarında və şirkətlərdə işləmək istəyənlərə;
  9. Doktorantura oxumaq istəyənlərə.

Üstünlükləri nələrdir? 

TÖMER imtahanı türk dili biliyini ölçən və sənədləşdirən bir imtahandır və imtahanda uğur qazandığınız  təqdirdə Türkiyədəki universitetlərdə dil hazırlıq kursundan azad olunacaqsınız. Bir çox iş görüşməsində, dil testlərinə girmədən türkcə biliklərinizi sübut edə biləcəksiniz və akademik karyeranıza təcrübə qatacaqdır.

İMTAHANIN MÜDDƏTİ 

TÖMER imtahan müddəti

Ümumi olaraq 180 dəqiqə ərzində imtahan davam edir.

  1. Oxuma – 60 dəqiqə
  2. Dinləmə – 45 dəqiqə
  3. Yazma – 60 dəqiqə
  4. Müstəqil danışma – 5 dəqiqə
  5. Qarşılıqlı danışma – 10 dəqiqə

 

Max Group Edu Center

[email protected]

+994 12 465 57 70

+994 50 228 21 85