Shape Shape

Çexiyada təhsil

Shape
Shape
Shape Shape

Çexiyada təhsil

Niyə Çexiyada təhsil?

  • Burada təhsil zamanı şengen vizası əldə edirsiniz və digər avropa ölkələrinə rahatıqla səyahət mümkün olacaqdır.
  • Məzun olan tələbə 2 il müddətində Avropa Birliyinə daxil  ölkələrdə işləmək icazəsi alır.
  • Burada yaşayış xərcləri digər avropa ölkələrinə görə çox münasibdir. Xarici tələbələrin rəylərinə görə aylıq $350-$700 yaşayış, yemək, nəqliyyat xərclərini tam qarşılayır.
  • Çexiya ən çox start-up edilən, texnoloji yeniliklərə töhfə verən və yüksək təhsil səviyyəsi olan bir ölkədir.

 

Çexiyada təhsil növləri

Bu ölkədə siz bakalavriat, magistratura, doktorantura kimi pillələrdə təhsilinizi davam etdirə bilərsiniz.

Bakalavr təhsili almaq üçün ya normal səviyyədə çex dilini bilməli və dövlət universitetlərində ödənişsiz təhsil almalı ya da rəsmi, beynəlxalq tanınan dil sertifikatlarına sahib olmalısınız. IELTS kimi göstərici və ya B1 səviyyəsində ingilis dili ilə bu ölkədə bakalavr təhsili üçün müraciətinizə müsbət cavablar əldə edə bilərsiniz.

Magistatura təhsili üçün də Çexiya universitetlərinə mraciət mövcuddur. Burada iki seçim var - öz ixitasaınıza uyğun olaraq təhsilinizi magistrature səviyyəsində  davam etdirmək, hansı ki bu zaman +75 ortalama bala və B1 səviyyəsində çex, ingilis dili biliyiniz olmalıdır. digəri isə MBA proqramı ilə ödənişli təhsil almaq.

 

Çexiya üçün milli təhsil vizası

Çexiya üçün milli təhsil vizası müraciəti Azərbaycanda etməli olduğunuz ən son mərhələdir. Lakin, digər səfirliklərdən fərqli olaraq, Çexiyanın özünəməxsus müəyyən tələbləri var. Bu fərqli tələblər hansılardır?

Səfirlikdə görüşün alınması

Görüş almaq üçün [email protected] adresinə e-poçt yazmaq lazımdır. Mətni çex, rus və ya ingilis dillərinin birində yaza bilərsiniz. Bu poçta aşağıdakıları qeyd etmək lazımdır:

  • Müraciət edən şəxsin adı və soyadı;
  • Müraciətin səbəbi, məsələn, təhsil və ya biznes;
  • Əlaqə vasitələri: e-poçt ünvanı və telefon;
  • Pasportun nömrəsi.
  • Pasportun birinci səhifəsi və universitetin qəbul sənədinin elektron (skan) versiyası göndərilən poçta əlavə olunmalıdır.

Vəssalam, bu poçtu göndərdikdən sonra səfirlik sizə görüş üçün vaxt təyin edəcəkdir.

 

Tələb olunan sənədlər:

Çexiyada təhsil məqsədi ilə alınan milli viza üçün aşağıdakı sənədlər tələb olunur:

Çex dilinə tərcümə və notarial təsdiq olunmalı sənədlər:

  • “ASAN xidmət” mərkəzində Daxili İşlər Nazirliyi tərəfindən verilən məhkumluğun olması (olmaması) barədə arayış;
  • Minimum 3,900 avroluq bank arayışı;
  • 18 yaşı tamam olmamış tələbələr üçün Doğum haqqında şəhadətnamə;
  • 18 yaşı tamam olmamış tələbələr üçün Hər iki valideynin razılıq və maddi öhdəlikləri barədə etibarnaməsi.

Qeyd: Çex dilinə tərcümə və notarial təsdiqdən öncə, məhkumluğun olması (olmaması) barədə arayış və 18 yaşı tamam olmamış tələbələr üçün Doğum haqqında şəhadətnamə 5 saylı “ASAN xidmət” mərkəzində apostil möhürü ilə təsdiq olunmalıdır. Sənədlərin çex dilinə tərcümə və təsdiqi ilə bağlı rəsmi saytda qeyd olunan şəxslərin xidmətlərindən istifadə etmək lazımdır.

 

 

Digər sənədlər:

  • 2 ədəd 3.5×4.5 biometrik və açıq, tək fonda rəngli fotoşəkil;
  • Pasportun əsli və surəti (Şengen vizası olan bütün səhifələr);
  • Müraciət forması (milli viza, 90 gündən artıq);
  • Universitetin original qəbul sənədi (Universitet özü də sənədi səfirliyin e-poçt adresinə göndərməlidir);
  • Yaşayış yeri barədə sənəd (məsələn, yataqxana), (Yataqxana sənədi də səfirliyin e-poçt adresinə göndərməlidir);
  • Bank hesabına bağlı bank kartının əsli və hər iki üzünün surəti;
  • Viza rüsumu: 95 avro (yalnız avro ilə səfirlikdə ödənilir);
  • Birtərəfli bilet bronu;

Viza qərarı verildikdən sonra sənəd:

1 illik səyahət sığortası (minimum 30,000 avroluq) limitsiz və hərtərəfli paketlə olmalıdır. Vizaya sığorta sənədi olmadan da müraciət etmək olar. Son dəyişikliyə əsasən, 2026-cı ilin 2 avqustuna qədər Çexiya səfirliyi yalnız Pojišťovna VZP, a.s. sığortasını qəbul edəcəkdir

Diqqət:

Çexiyanın viza cavabı gec gəlir. Rəsmi olaraq bildirilir ki, viza cavabı üçün gözləmə müddəti 90 günə qədər çəkə bilər. Təcrübə göstərir ki, 45-50 gün gözləmək lazım olur. Bu səbəbdən, Çexiyada təhsil almaq planlarınız varsa, buna vaxtında qərar vermək və vizaya müraciət etmək lazımdır.

 

Visegrad Təqaüdü

Visegrad təqaüdü Mərkəzi Avropa ölkələri üçün nəzərdə tutulmuş nadir təqaüd proqramlarından biridir. Bu Avropa ölkələrinə Çexiya, Polşa, Macarıstan və Slovakiya daxildir. Çünki, bu kimi ölkələr Qərbi Avropa ölkələrinə nisbətən daha əlverişli yaşam və təhsil xərcləri təklif etdiyi üçün təqaüd məsələlərində daha məhdud imkanlara sahibdirlər.

 

Təqaüd proqramı hansı xərcləri qarşılayır?

Visegrad təqaüdü təhsil haqqının tam əhatə etmir. Buna baxmayaraq, hər tələbə üçün universitetə 1,500 avroya qədər semestr üzrə təhsil haqqı ödənişi olunur. Əgər, semestr təhsil haqqı 1,500 avrodan çox olarsa, qalan hissə tələbə tərəfindən ödənməlidir. Bu baxımdan, tövsiyə olunur ki, universitet və ixtisas seçimi edərkən təhsil haqlarına da diqqət yetirilsin. Eyni zamanda tələbə, hər semestr üçün 2,500 avro olmaqla stipendiya alır. Bu stipendiya yalnız universitetdə qeydiyyatdan sonra və həmin ölkədə açılacaq avro hesabına birdəfəlik transfer olunur. 2,500 avro sentyabr/oktyabr aylarında ödənildiyi üçün ilk ayda müəyyən xərcləri tələbə özü qarşılamalıdır. Əgər tələbənin faktiki yaşadığı ölkə ilə gedəcəyi universitet arasındakı məsafə 1,500 km-dən çoxdursa, bu zaman səyahət qrantına da müraciət etmək olar. Amma bu qrantın verilməsi sığorta olunmur, yəni verilməyə də bilər.

 

Birinci addım olaraq proqramın şərtləri ilə tanış olmaq lazımdır. Siz bu proqrama uyğunsuzmu?

 

1. Visegrad təqaüdü təhsilini magistratura və ya doktorantura pillələrindən davam etdirmək istəyənlər üçün nəzərdə tutulub. Yəni, əgər bakalavr təhsilinizi tamamlamısınızsa (və ya sonuncu ilindəsinizsə), o zaman bu təqaüd siniz üçündür. Proqram bakalavr pilləsində təhsili əhatə etmir.

2. Yalnız qeyd olunan dörd ölkədən birində yerləşən hər hansı universitetdən müsbət cavab aldığınız və qəbul məktubu ilə təmin olunduğunuz halda bu təqaüdə müraciət edə bilərsiniz.

3. İxtisasından və təhsil alacağı dildən asılı olmayaraq hər kəs müraciət edə bilər.

4. Yaş həddi yoxdur. Hər kəs müraciət edə bilər.

5. Bəzi təqaüd proqramları müəyyən ixtisaslara daha çox önəm verir, Visegrad təqaüdündə belə bir tələb yoxdur.

Qısası, təqaüdə müraciət etmək üçün dörd ölkədən birində yerləşən universitetlərin birindən qəbul almaq kifayətdir.

 

Bəs müraciət üçün hansı sənədlər lazımdır?

Magistr üçün:

1. Əsas məsələlərdən biri, dil sertifikatına ehtiyac yoxdur çünki proqram spesifik bir dil biliyi tələb etmir.

2. Passport scan.

3. Transcriptinizin scanı. Təqaüd proqramının tələbləri arasında qeyd olunur ki: “Scan of transcript of records for the last two duly terminated semesters.” Bəzi tələbələr isə düşünür ki, yəqin transcripti bütov halda yükləmək olmaz. Bütöv halda da yükləyə bilərsiniz.

4. Qəbul məktubu.

Ph.D üçün:

1. Passport scan.

2. Qəbul məktubu və “work plan”

 

 

Bəs necə müraciət etməli ki, qəbul şansınız yüksək olsun?

1. Universitetə sənədlərinizi tez göndərin ki, qəbul məktubunuzu Mart ayının 15-nə kimi sizə göndərə bilsinlər. Məsləhət görürük ki, universitetlərə qəbul açılan an müraciət edəsiniz. Bir çox tələbə qəbul məktubunu Visegrad təqaüd proqramının son müraciət tarixinə (Martın 15-nə kimi) kimi ala bilmədiyi üçün təqaüd proqramına müraciət edə bilmir.

2. GPA yüksəkdir deyə qəbul şansınız yüksəkdir ehtimalını unudun. Çünki 95 GPA ilə qəbul almayıb 77 GPA ilə qəbul alanlar var.

3. Yüksək IELTS-inizə güvənməyin – dil biliyinə önəm verilmir

4. Proqramın saytında iş təcrübəsinə önəm verildiyi haqda bir məlumat yoxdur. Lakin qəbul alan tələbələrin əksəriyyətinin sahəsi üzrə iş təcrübəsi var.

5. İndiyədək əldə etdiyiniz nailiyyətlərinizi mümkün qədər çox edin. Burada söhbət training sertifikatlarından getmir. Təqaüdlər, mükafatlar kimi nailiyyətləriniz olması müsbət təsir göstərəcəkdir çünki müraciət formasını doldurduqda sizdən 5 nailiyyətinizdən bəhs etmənizi istəyirlər.

6. Şübhəsiz ki, ən vacib amillərdən biri sizə verilən suallara doğru, dolğun və mümkün qədər original cavab verməkdir. Burada söhbət content and objective of study və motivation hissəsindən gedir.

 

 

Suallarınızı bizə ünvanlayın!

[email protected]

050 228 21 85

012 465 57 70